Bakı. Trend:
Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni“2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nınimzalanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri SahibMəmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev,BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa vəMərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin,BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev iştirakedib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, dövlətimizinbaşçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənsosial-iqtisadi islahatlar nəticəsində son illər ölkəmizdə əməkbazarının modernləşməsi, sosial müdafiə sisteminin gücləndirilməsivə məşğulluq imkanlarının artırılması istiqamətində mühüm nəticələrəldə olunmuşdur. “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə ÖlkəProqramı” da bu siyasətin məntiqi davamı olaraq, qarşıdakı illərdəsosial tərəfdaşlığın inkişafına, işçilərin rifahınınyaxşılaşdırılmasına və əmək bazarının dayanıqlığına xidmətedəcəkdir.
AHİK sədri qeyd edib ki, proqram vasitəsilə həmkarlarittifaqları əmək hüquqlarının müdafiəsini, təhlükəsiz və layiqliəmək şəraitinin yaradılmasını, gender bərabərliyi və gənclərinməşğulluğunun dəstəklənməsini gücləndirməyi hədəfləyir. AHİKsözügedən istiqamətlərdə fəaliyyətini bu proqram vasitəsilə daha datəkmilləşdirmək və əmək münasibətlərinin inkişafına real töhfəvermək niyyətindədir.
Sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və MixailPuşkin “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”imzalayıblar. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğunartırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsindəbeynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdəsəylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrəsosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundanəlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın davametdirilməsi və genişləndirilməsi imkanlarını daha da artırmağınəzərdə tutur.