AZ

Türkmənistanda quraqlıq: İki su anbarı tamamilə qurudu

BAKI, 25 noyabr. TELEQRAF

Türkmənistanın Balkan vilayətində yaşanan quraqlıq səbəbindən Etrek çayından sel sularını toplayan Mammetkel və Delili su anbarları tamamilə quruyub .

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

2024-2025-ci illərin soyuq dövrü ərzində zəif yağıntı səbəbindən anbarlar təkcə su ehtiyatı toplaya bilməyib, hətta bir hissəsini də itiriblər. Region üçün quru keçən yaz dövründə, vegetasiya mövsümündə su anbarları boşalıb, həcmin bir qismi isə buxarlanma və sızma nəticəsində itirilib. Buna səbəb isə yuxarı axında azalma nəticəsində tamamilə qurumuş Etrek çayından suyun götürülməsinin mümkün olmamasıdır.

Bu ilin mart ayına qədər Mammetkel su anbarının sahəsi 2,5 kvadrat kilometrə qədər azalıb, Delili isə demək olar ki, tamamilə quruyub. İyunun əvvəlinə qədər isə Mammetkel su anbarı da tamamilə quruyub.

Mammetkel sonuncu dəfə tamamilə 2021-ci ilin oktyabrında qurumuşdu. Bu anbar 1964-cü ildə istismara verilib, tam həcmi 20,5 milyon kubmetrdir.

Delili su anbarı 1970-ci ildə istismara verilib, onun tam həcmi 5,32 milyon kubmetr təşkil edir.

Seçilən
48
teleqraf.com

1Mənbələr