AZ

36 milyona aldığı Çin dronlarını Ukraynaya 692 milyona satan şirkət rəhbəri həbs edildi


Çex şirkəti “Reactive Drone” Çin istehsalı dronları Ukraynaya alış qiymətindən 20 dəfə baha satdığ ortaya çıxıb.

Çexiya mediası yazır ki, iki il ərzində şirkət təxminən 36 milyon krona dronlar alıb və onları Ukrayna ordusuna 692 milyon krona satıb.

Media araşdırmasına görə, şirkət mənfəətindən vergi ödəmək istəməyib və vəsaitin böyük hissəsini Çin hesablarına köçürüb.

Dövlətə dəyən ziyan 130 milyon kron təşkil edir, bu rəqəm hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına əsasən, daha da artacaq. Şirkətin hesablarından təxminən 384 milyon kron çıxarılıb. Şirkət rəhbərinin özü saxlanılıb.

TAHİR

Seçilən
10
baki-xeber.com

1Mənbələr