AZ

Deputat: “Müəllimlərin maaşlarına diqqətin artırılması təhsilin keyfiyyətinə müsbət təsir göstərir”

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycan cəmiyyəti uşaqların təhsilinə böyük maraq göstərir. İllər keçdikcə orta məktəb müəllimlərimizin peşəkarlıq səviyyəsi də yüksəlir”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, artıq savadlılıq peşəsinə həqiqətən maraq göstərən müəllimlər bu sahəyə gəlirlər:“Bu tendensiya həm ibtidai, həm də orta məktəblər üçün keçərlidir. Dövlət tərəfindən yeni məktəblərin tikilməsi və müəllimlərin maaşlarına diqqətin artırılması təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Bu addımlar əsasən orta məktəb müəllimlərimizin daha yaxşı təhsil almasına və peşəkar inkişafına şərait yaradır. Mən ali məktəb fəaliyyət göstərən biri kimi, hər il qəbul olunan gənclərin bilik və intellektual səviyyəsinin artdığını müşahidə edirəm. Bu isə gələcək üçün ümidverici mənzərə yaradır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
demokrat.az

1Mənbələr