AZ

Cinayət törədən 17 nəfər saxlanıldı

Noyabrın 24-də ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 257, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Seçilən
21
49
metbuat.az

10Mənbələr