AZ

Təbrizin “Traktor” klubu Özbəkistanda qələbə qazanıb

Asiya Çempionlar Liqasının "Elita" mərhələsində çıxış edən Təbrizin "Traktor" klubu növbəti oyununu keçirib.

B qrupunda yer alan klub beşinci turda Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Özbəkistanda keçirilən oyun 1:0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb.

Yeganə qolu 17-ci dəqiqədə Regi Luşkiya vurub.

"Traktor" 5 oyundan sonra 11 xalla qrup üçüncüsü mövqeyindədir. İlk iki yerdə Səudiyyə Ərəbistanının "Əl Hilal" və "Əl Əhli" klubları qərarlaşıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
1
olaylar.az

4Mənbələr