AZ

Ərdoğan Putinə Rusiya və Ukrayna arasında ədalətli sülhə töhfə verməyə hazır olduğunu bildirib

Ankara, 25 noyabr, AZƏRTAC

Noyabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

AZƏRTAC Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, iki ölkənin liderləri ikitərəfli münasibətlərin vəziyyəti və perspektivlərini, həmçinin regional və qlobal prosesləri, xüsusilə də Rusiya–Ukrayna müharibəsi mövzusunu müzakirə ediblər.

Türkiyə Prezidenti ölkəsinin Rusiya–Ukrayna müharibəsinin ədalətli və uzunmüddətli sülh yolu ilə həllinə nail olunması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.

Türkiyə lideri, həmçinin, Ankaranın tərəflər arasında birbaşa təmasların qurulmasına bundan əvvəl olduğu kimi töhfə verməyə və regionda dayanıqlı sülhə yönəlmiş bütün diplomatik səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
59
2
azertag.az

3Mənbələr