AZ

İspaniya çempionatının 13-cü turunda “Espanyol” “Sevilya”nı məğlub edib - VİDEO

La Liqa mövsümünün 13-cü turunda “Espanyol” “Sevilya”nı qəbul edib.

İdman.Biz bildirir ki, oyun Barselonadakı “Stage Front” stadionunda baş tutub.

Matçın ilk qolunu ikinci hissənin 48-ci dəqiqəsində kataloniyalı hücumçu Pere Milla vurub. Oyunun sonlarında, 84-cü dəqiqədə “Espanyol”un hücumçusu Roberto Fernandes komandasının üstünlüyünü möhkəmləndirib. İki dəqiqə sonra qonaqların müdafiəçisi Markua yekun hesabı müəyyən edib - 2:1.

Bu oyundan sonra “Sevilya” 16 xalla İspaniya yüksək divizionunda 11-ci, “Espanyol” isə 21 xalla altıncı yerdədir.

İdman.Biz

Seçilən
59
1
idman.biz

2Mənbələr