AZ

Kremlin “Yeni il ekspressi”: ağır yaralı hərbçiləri bayrama evlərinə göndərirlər

Musavat.com xəbər verir ki, Rusiyanın bir sıra Teleqram kanallarında yayımlanan görüntülər ağır dərəcədə yaralanmış SVO iştirakçılarının vəziyyətini bir daha ortaya çıxarıb.

Kadrlarda əllərini və ayaqlarını itirmiş hərbçilərin yeni il günlərində xüsusi qatarla evlərinə göndərildiyi görünür.

Görüntülərə əsasən, həmin “bayram qatarı”nın şəraiti olduqca bərbad təsvir olunur: havasız, üfunətli və dar vaqonlar, minimum imkanlar. Hərbçilərə yalnız çay və peçenye verildiyi qeyd edilir.

Mənbələr bildirir ki, bu səfərlər Kremlin “bayram qayğısı” kimi təqdim edilir, lakin paylaşılmış kadrlarda real vəziyyət tamam fərqli mənzərə yaradır.

 

Musavat.com

Seçilən
61
48
musavat.com

10Mənbələr