ain.az, Apa.az saytına istinadən bildirir.
Çexiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib.
APA xəbər verir ki, “ČTK” xəbər agentliyi məlumat yayıb.
"ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) xəbərdarlığından sonra əksər aviaşirkətlər bölgədə hərbi fəaliyyətin artması səbəbilə Karakasa uçuşları ləğv edib. Çexiya vətəndaşlarına bütün mövcud vasitələrdən istifadə edərək mümkün qədər tez Venesuelanı tərk etməyi tövsiyə edirik", - XİN-in müraciətində deyilir.
Qeyd edək ki, müxtəlif ölkələrdən bir çox aviaşirkət Venesuelaya uçuşları dayandırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.