Ermənistan nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcəklər.
News365.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, İrəvan görüşdə bütün sənədlər blokunun qəbul edilməsinin əleyhinə olmadığını bildirib.
Uşakov qeyd edib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək:
"Sammitdə Qırğızıstan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan liderləri iştirak edəcəklər".
O əlavə edib ki, KTMT sammitində 19 sənədin imzalanması planlaşdırılır.