AZ

Azərbaycan və Rumıniya prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Başprokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24noyabrda Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Başprokuroru Aleks Florantsa ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasındadostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı,prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraqdoğuran məsələlər müzakirə mövzu olub.

Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünüçatdırıb, Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinindərin tarixi, mədəni və dostluq adət-ənənələrinə söykəndiyininsöyləyərək, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı faydalıvə səmərəli olduğunu bildirib.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqislahatları çərçivəsində prokurorluq orqanlarında aparılangenişmiqyaslı islatlardan söz açıb, cinayətkarlıqla mübarizədəbeynəlxalq əməkdaşlığın mühüm rolunu vurğulayıb. O, 2024-cü ilinoktyabr ayında Aleks Florentsanın Bakıya baş tutan işçi səfərinixatırlayaraq, səfər zamanı imzalanmış Əməkdaşlığın inkişafetdirilməsi haqqında Anlaşma Memorandumu hüquqi əməkdaşlığınmöhkəmləndirilməsi istiqamətində yüksək qiymətləndirib. KamranƏliyev Rumıniyaya səfərini iki ölkənin prokurorluq orqanlarıarasında əməkdaşlığın yeni mərhələsi adlandırıb, qarşı tərəfiAzərbaycana rəsmi səfər etməyə dəvət edib.

Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Başprokuroru Aleks Florantsa qonaqları salamlayaraq, Azərbaycan iləəlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, ikiölkənin prokurorluq orqanları arasında münasibətlərindən sözaçaraq, təcrübə mübadiləsi, Avropa Şurası və BMT müvafiq qurumlarıçərçivəsində əməkdaşlıq barədə danışıb.

Daha sonra, qonaqlara Rumıniya prokurorluq orqanların fəaliyyətibarədə ətraflı məlumat təqdim olunub. Görüşdə tərəflər hüquqisahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov daiştirak edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
55
17
az.trend.az

10Mənbələr