AZ

Almaniyada yaşayan azərbaycanlı gənc pianoçunun Berlində “Narın içində not” adlı solo konserti keçirilib (FOTO)

Bakı. Trend:

Almaniyada yaşayan azərbaycanlı gənc pianoçu Nərmin NəcəflininBerlində “Narın içində not” adlı solo konserti keçirilib.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunundəstəyi ilə təşkil edilən və milli musiqimizin Avropada təbliğiməqsədi daşıyan konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140illik yubileyinə həsr olunub.

Nərmin Nəcəfli konsertdə Azərbaycanın görkəmli bəstəkarlarıÜzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə,Fərhad Bədəlbəyli, Adil Bəbirov, həmçinin Frederik Şopen və FransList kimi Avropa bəstəkarlarının əsərlərini səsləndirib. ÜzeyirHacıbəylinin "Sevgili canan"ı zərif lirizmi ilə dinləyiciləriduyğulandırıb, Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən"Səyahət" əsəri isə dinamizmi ilə iştirakçıların zövqünü oxşayıb.Tofiq Quliyevin "Lirik Vals"ı, Vaqif Mustafazadənin "Düşüncə"si isəimprovizasiya zənginliyi ilə dərin emosional anlar yaşadıb.

Gənc pianoçunun peşəkar ifası dəfələrlə gurultulu alqışlarlaqarşılanıb.

Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Seçilən
60
2
az.trend.az

3Mənbələr