Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
2024-cü ilin dekabrında hakimiyyət dəyişikliyindən bəri Suriyada 2 milyona yaxın məcburi köçkün doğulduğu yerlərə və ya əvvəlki yaşayış yerlərinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) məlumat yayıb. Həmin müddətdə təxminən 1,26 milyon suriyalı qaçqın isə xaricdən vətənlərinə dönüb.
BMT QAK məcburi köçkünlər arasında keçirdiyi sosioloji sorğunun nəticələrini də dərc edib. Sorğuya əsasən respondentlərin 27 faizi doğulduqları yerlərə və ya əvvəlki yaşayış yerlərinə qayıtmağı planlaşdırdıqlarını bildirib.
Eyni zamanda, məcburi köçkünlərin 57 faizi indi yaşadıqları yerlərdə qalmaq niyyətindədir. Geri qayıtmaq üçün əsas maneələr sırasında sığınacaq və əmlak, yaxud mənzillə bağlı problemlər (cavabların 74 faizi) qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.