AZ

Türkiyədə 43 nəfər qidadan zəhərləndi

Türkiyədə 43 nəfər qidadan zəhərlənib.

"Unikal" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, Sakarya vilayətində qızlar yataqxanasında yaşayan 23 tələbə küçədə yedikləri qidadan sonra özlərini pis hiss ediblər. Onlarda ürəkbulanma, başgicəllənmə və halsızlıq müşahidə olunub. Tələbələrin toyuq dönərindən zəhərləndikləri ehtimal olunur. Onlar xəstəxanaya yerləşdiriliblər.

Həmçinin Bursa şəhərində yerləşən orta məktəblərin birində verilən nahardan sonra 60 şagird və işçinin halı pisləşib. Onlardan 20-si zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, bundan əvvəl də Türkiyədə oxşar hal yaşanmışdı. Kocaeli, Rize və Adıyaman şəhərlərində yüzdən çox tələbə qidadan zəhərlənmişdi.

Seçilən
28
7
unikal.az

9Mənbələr