AZ

“Əl Nəsr” Səudiyyə Ərəbistanında rekorda imza atdı

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xorxe Jesusun və Kriştianu Ronaldonun “Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı Liqasındakı doqquz oyunun doqquzunda da qalib gələrək rekorda imza atıb.

Yeniavaz.com xəbər verir ki, “Əl-Nəsr” liqanın son həftəsində “Əl-Xalic” üzərində 4:1 hesablı qələbə qazanaraq, qələbə seriyasını 9-a çatdırıb.

Bu nəticə klubun bu günə qədər liqadakı ən uzun qələbə seriyası olub.

Matçdan sonra çıxış edən Xorxe Jesus “Əl-Nəsr”i kimin dayandıra biləcəyini bilmirəm, amma məğlubedilməz komanda yoxdur”, - deyib.

Buna baxmayaraq, portuqaliyalı mütəxəssis rekordu artırmaq istədiklərini bildirib.

“Növbəti matçda bu nəticəni yaxşılaşdırmağa çalışacağam”, - Xorxe Jesus əlavə edib.

Qeyd edək ki, liqa yarışında məğlub olmayan “Əl-Nəsr” gələn həftə səfərdə “Nəcma” ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
yeniavaz.com

2Mənbələr