AZ

Napoli nin futbolçusu Qarabağ haqda Çox güclü rəqibimiz var

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Napoli"nin futbolçusu "Qarabağ" haqda - "Çox güclü rəqibimiz var"

“Çətin oyunun alınacağını bilirik. Amma biz hazır olacağıq".

QOL.az xəbər verir ki, bu sözləri "Napoli"nin futbolçusu  Alessandro Buondcorno UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı müdafiəçi qeyd edib ki, qalib gəlsələr, bunu dünya futbolunun əfsanəsi, "Napoli"nin keçmiş futbolçusu Dieqo Maradona həsr edəcəklər: "Noyabrın 25-də əfsanəsvi Dieqo Armando Maradonanın vəfatının 5 illiyi tamamlanacaq. Ona görə də bu matç bizim üçün daha böyük önəm kəsb edəcək. Qələbə qazanacağımıza ümid edirik. Belə olsa, qalibiyyəti ona həsr edəcəyik. Belə stadionda oynamaq bütün rəqiblər üçün çətindir".

Buondcorno "Qarabağ" haqda müsbət sözlər söyləyib: "Rəqibimiz Çempionlar Liqasında bir neçə vacib oyun keçirib. Biz qarşılaşmaya mümkün qədər yaxşı yanaşacağıq. Çox güclü rəqibimiz var, ehtiyatlı olmalıyıq. Çoxlu fərdi mübarizə olacaq. Həm biz, həm də onlar təzyiq göstərəcək. Qələbə özümüzdən asılı olacaq”.

Qeyd edək ki, sabah Dieqo Armando Maradona stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
5
qol.az

6Mənbələr