AZ

Ukrayna ilə bağlı sülh planı ciddi şəkildə dəyişdirildi

BAKI, 24 noyabr. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts bu həftə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda sıçrayış gözləmir.

Teleqraf xəbər verir ki, bu barədə DPA informasiya agentliyi məlumat yayəb.

“Çətin prosesdir. Bu həftə yalnız kiçik addımlar atılacaq. Ukraynada sülh bir gecədə əldə edilməyəcək”, - o qeyd edib.

Mertsin fikrincə, növbəti addım Rusiyanı danışıqlar masasına oturtmaq olmalıdır.

Kansler bildirib ki, ABŞ-nin 28 bənddən ibarət ilkin planı noyabrın 23-də Cenevrə Kiyev-Vaşinqton danışıqları zamanı ciddi şəkildə dərəcədə dəyişdirilib:

“Hazırda sənəd üzərində son tamamlanma işləri gedir. Ukraynada tezliklə atəşkəs və sülhə nail olmaq istəyimizdə həmrəyik və Avropanın təhlükəsizliyini istəyirik”.

Almaniya Kansleri Ukrayna ilə bağlı planın Avropanın ona təsir edən məsələlərlə bağlı razılığı olmadan qəbul edilə bilməyəcəyini vurğulayıb.

Seçilən
42
teleqraf.com

1Mənbələr