AZ

Azad olunmuş ərazilərdə özünüməşğulluq proqramı çərçivəsində yeni kiçik bizneslər yaradılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdəözünüməşğulluq proqramının icrasını davam etdirir.

Trend xəbərverir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcərrayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzisexi”, “Qadın gözəllik salonu”, “Poliqrafiya xidmətləri” və “Kombiustası və sanitar qovşağın quraşdırılması xidməti” zərfləri üzrəaktivlər təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmətistiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezidentİlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluqproqramı çərçivəsində qurduqları təsərrüfatlarını daimgenişləndirməyə səy göstərəcəklərini bildiriblər.

İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğmayurdlarına köçürülmüş sakinlərdən artıq 600-dək şəxs özünüməşğulluqproqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub.

Seçilən
40
14
az.trend.az

10Mənbələr