AZ

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

16.47

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

"Cebheinfo.az"

Seçilən
46
43
cebheinfo.az

10Mənbələr