AZ

Fransalı nazir deputatları büdcə müzakirəsini prezident seçkiləri üçün siyasi strategiyaya çevirməməyə çağırıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paris, 24 noyabr, AZƏRTAC

Fransada Milli Assambleya tərəfindən kütləvi şəkildə rədd edilən 2026-cı il üçün büdcə layihəsinin Senatda ilkin versiyası əsasında müzakirəsi başlayıb.

AZƏRTAC xəbər verir ki, Senatda müzakirələrdən əvvəl “France 2” televiziya kanalında maliyyə naziri Ameli Monçalənin çıxışı diqqəti cəlb edib. Nazir deputatlardan xahiş edib ki, büdcə müzakirələrinə 2027-ci il prezident seçkilərini qatmasınlar. O, Milli Assambleyada nümayiş olunan davranışları, 2027-ci ilin prezident seçkiləri üçün siyasi strategiyalar kimi qiymətləndirib. Dövlət büdcəsinin Milli Assambleyada kütləvi şəkildə rədd edilməsi nəticəsində, mətn Senata geri göndərilib. Bu gün Senatın maliyyə komitəsi hökumətin ilkin təqdimatını müzakirə etməyə başlayıb.

Bu gün Senatın maliyyə komissiyası 2026-cı il üçün büdcə layihəsinin gəlirlər hissəsini təcili şəkildə müzakirə edir. Layihə mətninin tam müzakirəsi cümə günü başlayacaq və 15 dekabrda yekun səsverməyə qədər davam edəcək.

Hökumət 2026-cı ilin büdcəsini ilin sonuna qədər qəbul etməyə ümid edir, lakin bəzi mərkəzçi siyasətçilər artıq dekabrda vergi yığımlarını həyata keçirmək üçün təcili şəkildə xüsusi qanun qəbul edilməsi ehtimalını nəzərdən keçirirlər. Bu qanun, yanvar ayında büdcə müzakirələrinin davam etməsi üçün zəruri olacaq. Lakin Milli Assambleyada 2026-cı ilin büdcəsinin kütləvi şəkildə rədd edilməsi, hökumətin bu məqsədinə şübhələr yaradıb.

Senatın davranışı xüsusi diqqətlə izləniləcək, çünki deputatlar və senatorlar arasında kompromis əldə olunarsa, büdcə prosedurunun sürətləndirilməsi mümkün ola bilər. Lakin bu, çox çətin görünür.

Senat, eyni zamanda, 2026-cı ilin sosial müdafiə büdcəsi layihəsini də müzakirə edir. Bazar günü Senat, Baş nazir Sebastyən Lökornü tərəfindən təklif edilən, lakin bir çox senator tərəfindən “boş bir paket” kimi tənqid edilən "Fransa Sağlamlıq Şəbəkəsi"nın yaradılmasını rədd edib. Bu təklif ölkə üzrə səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırmağı hədəfləyirdi. Lakin, bu məsələyə dair səsvermə hələ də yekunlaşmayıb, çünki müzakirələr Senat və Milli Assambleya arasında davam edəcək. Milli Assambleya isə bu təşəbbüsü ilk oxunuşda qəbul etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr