AZ

Putin və Ərdoğan arasında telefon danışığı olub

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb TayyibƏrdoğan arasında telefon danışığı olub.

Trend xəbər verirki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna ətrafındakı vəziyyətlə bağlı, o cümlədən münaqişəninsülh yolu ilə nizamlanması üzrə ABŞ təklifləri kontekstində fikirmübadiləsi aparıldı. Putin qeyd edib ki, bizə təqdim olunanvariantda bu təkliflər Alyaskada keçirilmiş Rusiya–ABŞ sammitindəkimüzakirələrin məntiqinə uyğundur və ümumilikdə yekun sülhrazılaşmasının əsasını təşkil edə bilər”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesinəhərtərəfli dəstək vermək niyyətini ifadə edib. Ərdoğan danışıqməkanı kimi bir daha İstanbulu təklif edib.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr