Apa.az saytına istinadən ain.az xəbər verir.
Ukraynanı dəstəkləyən müttəfiq ölkələrin liderlərinin birləşdiyi “İstəklilər Koalisiyası” sülh danışıqları, Ukraynanın sülh təkliflərini və həmçinin Rusiya aktivləri hesabına veriləcək “təzminat kreditini” müzakirə etmək üçün sabah video konfrans keçirəcək.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinho bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı, Ukrayna üçün "təzminat krediti" verilməsi məqsədilə dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı danışıqları sülh planı müzakirələri fonunda "daha da aktuallaşmış" hesab edir.
Paula Pinho “The Guardian”-a verdiyi müsahibədə bildirib ki, Avropa İttifaqı, Ukraynadakı müzakirələrdə əldə edilən konstruktiv irəliləyişi alqışlayır, amma "Rusiyanın dağıntıların bədəlini ödəməsinin kritik olaraq vacib" olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu sahədə aparılan görüşlər göstərib ki, "hələ çox iş görülməlidir".
Qeyd edək ki, "İstəklilər Koalisiya"nın əvvəlki görüşü 24 oktyabr 2025-ci ildə Londonda keçirilib və burada iştirakçılar Ukraynanı dəstəkləmək üçün yenilənmiş planı müzakirə ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.