AZ

“TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu möhtəşəm bir ilkdir”

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilk, bir başlanğıcdır”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, adıçəkilən forumun iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Bakıda keçirilən bu tədbir türk dünyası üçün yeni bir ənənənin əsasını qoydu:

“Bakıda TDT-ə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi hər mənada mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktub, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məlum forumda iştirakı bütövlükdə bu tədbirin önəmindən xəbər verir.

Hər şeydən öncə qeyd edək ki, forum türk dövlətləri arasında olduqca faydalı bir ənənənin başlanğıcını qoydu. Belə ki, Azərbaycanın səyi və təşkilatçılığı ilə ilk dəfə bir araya gələn türk dövlətlərinin QHT nümayəndələri birgə müzakirlər həyata keçirdilər, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atdılar. TDT üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Bakıda keçirilən həmrəylik forumu, tədbridə iştirak edən bütün QHT-lər üçün mühüm təcrübə oldu. Çox böyük ehtimalla bundan sonra biz türk dünyası daxilində QHT-lərin bu cür toplantılarına daha tez-tez rast gələcək, bu forumların türk xalqları arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyinə şahidlik edəcəyik”.

Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlanan məktubunun və bu məktubda yer alan nüansların da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Prezident İlham Əliyev Forum iştirakçlarına ünvanlanan məktubunda bu mühüm tədbirin əhəmiyyətinə toxunmaqla yanaşı, türk xalqlarının ortaq dil və mədəniyyətə malik olduğunu yada saldı, türk dünyası daxilində əlaqələrin daha da inkişaf etdirlməsinin vacibliyini vurğuladı.

Dövlət başçısı məktubunda konkret təkliflə də çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır”.

Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin türk dünyası QHT-lərinin gələcək əməkdaşlğına böyük ümidlər bəslədiyini, bundan sonra da bu əmədkaşlığa dəstək verməyə hazır olduğunu, sözügedən əməkdaşlığın nəticələri ilə bağlı ciddi gözləntilərə malik olduğunu göstərir.

Prezident İlham Əliyevin bu yanaşması Forum iştirakçıları, habelə türk dünyasında fəlaiyyət göstərən bütün QHT-lər üzərində mühüm məsuliyyət qoyur. TDT-yə üzv olan dövlətlər Bakıda keçirilən Forumun mahiyyətinə uyğun olaraq əməkdaşlıq əlaqələrini gücləndirməli, bu əməkdaşlıq mahiyyət etibarilə bütün türk dünyasının inkişafına, onun dünyadakı mövqeyinin daha da güclənməsinə xidmət etməlidir.

Ümid edirəm ki, yaxın gələcəkdə buna nail olacaq, QHT-lər olaraq dövlətlərimizin və xalqlarımızın əldə etdiyi müvəffəqiyyətlərə daha ciddi töhfələr verəcək, türk dünyasının maraqlarını daha geniş coğrafiyada müdafiə etməyə nail olacağıq”.

Seymur ƏLİYEV

Seçilən
30
1
moderator.az

5Mənbələr