AZ

İsrail-Hizbullah cəbhəsi yenidən qızışır

"The Times of Israel" xəbər saytı rəsmi mənbələrə istinadənməlumatyayıb ki, tədbirlər çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsini artırılıb. Ölkənin şimalında "Hizbullah"ın Livan ərazisindən mümkün raket atəşinə qarşı hava hücumundan müdafiə sistemi gücləndirilib. Mülki vətəndaşların təhlükəsizliyi istiqamətində qaydalarda isə hələlik hər hansı dəyişiklik irəli sürülməyib.

Eyni zamanda, İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İsrail-Livan sərhədi yaxınlığında yerləşən hərbi məntəqəyəbaş çəkərək,burada fəaliyyət göstərən diviziyanın hazırlıq səviyyəsini yoxlayıb. Cari gərginlik fonunda hərbçilərə daha ayıq-sayıq davranmalarını tapşırıb.

(İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ölkənin şimalında hərbçilər arasında)
İsrail Beyrutu bombalayıb:"Hizbullah" komandiri ölüb

Xatırladaq ki, dünən axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri, keçən il qüvvəyə minmiş atəşkəsə baxmayaraq, Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib. Nəticədə Livanın iranyönümlü "Hizbullah" terror təşkilatının qərargah rəisi vəzifəsinin icraçısı Əli Təbatəbayi öldürülüb. Təşkilat özü də onun ölümünü təsdiqləyib. Hadisə haqqında Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, çoxmərtəbəli binaya tuşlanan aviazərbə nəticəsində ümumilikdə5 nəfər ölüb, 28 nəfər yaralanıb.

"Hizbullah"ın sözçüsü Mahmud Qimatinin bildirdiyinə görə, bu hücum İsrailin "qırmızı xətti keçməsi" deməkdir:"Hücuma cavab verilib-verilməyəcəyinə rəhbərlik qərar verəcək".

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.

Firudin Həmidli
AzVision.az
Seçilən
67
26
azvision.az

10Mənbələr