Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu Kadırbek Atambayev kütləvi iğtişaşların təşkili ittihamı ilə saxlanılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının silah, döyüş sursatları, qumbaralar, rabitə vasitələri, maliyyə sənədləri, fəaliyyət planları, narkotik vasitələr, həmçinin 150 min dollar məbləğində pul aşkarlayıb götürdüyü qeyd edilib.
Qeyd edək ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri bu ilin 30 noyabr tarixində keçiriləcək. İlkin olaraq seçkilərin 2026-cı ilin noyabrında keçirilməsi planlaşdırılsa da, deputatlar 25 sentyabr tarixində könüllü olaraq səlahiyyətlərindən imtina ediblər.