AZ

Fələstində kritik görüş: Toni Bleyr Qərb Şəriyədə

Fələstinin vitse-prezidenti Hüseyn əl-Şeyx Ramallahdakı ofisində Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə görüşüb.

Publika.az xəbər verir ki, əl-Şeyx bu barədə "X" hesabında bəyanat yayıb.

O, Bleyr və adı açıqlanmayan ABŞ hökumət rəsmisi ilə Qəzzadakı müharibəyə son qoymaq üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra baş verən prosesi müzakirə etdiklərini bildirib.

Şeyx həmçinin Qəzza və Qərb Şəriyə ilə bağlı mövzuların, fələstinlilərin öz müqəddəratını təyin etmək hüququ və dövlət qurmaq məqsədləri üçün zəruri şərtlərin müzakirə olunduğunu qeyd edib.

Görüşdə Fələstin Baş Kəşfiyyat İdarəsinin rəisi general Məcid Fərəc, prezidentin diplomatik müşaviri Məcdi əl-Xalidi və prezidentin sözçüsü Nəbil Əbu Rudeyneh də iştirak edib.

Seçilən
24
publika.az

1Mənbələr