AZ

İstvan Kiss: Macarıstan Zəngəzur dəhlizini strateji istiqamət kimi görür

BAKI, 24 noyabr. TELEQRAF

"Zəngəzur dəhlizi bizim üçün xüsusi əhəmiyyət daşıyır və gələcək fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edəcək".

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Danube İnstitutunun icraçı direktoru Istvan Kiss Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə bildirib.

“Macarıstan, Türkiyə və Böyük Britaniyadan sonra Azərbaycan üçüncü ən böyük investor statusuna malikdir. Bu baxımdan ölkələrimiz arasında strateji əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”,- o qeyd edib.

Seçilən
71
2
teleqraf.com

4Mənbələr