AZ

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlarda 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki səviyyəsinə qaytarılıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib.

Mərkəz bildirib ki, dumanlı hava ilə əlaqədar sürət həddinin əvvəlcədən azaldılması zamanı məlumat-sürət tablolarında dəyişikliklər edilib və “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.

DOĞRU.AZ

Seçilən
13
4
dogru.az

10Mənbələr