AZ

Polis 8 avtomat aşkar etdi

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

“Qafqzinfo”, nazirliyə istinadən xəbər verir ki, noyabrın 22-də və 23-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 8 avtomat silahı, 1 pulemyot, 1 tapança aşkar edib.

Bununla yanaşı son 2 gündə 1 qumbara, 11 tüfəng, 12 patron darağı və 469 ədəd müxtəlif çaplı patron da polis tərəfindən aşkar edilərək götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
224
36
qafqazinfo.az

10Mənbələr