AZ

Erməni müğənniyə 12 xal verən Samirə Əfəndi DANIŞDI: “Təxmin edirdim ki…” EKSKLÜZİV

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verildiyi kimi, Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi bir sıra gözlənilməz məqamlarla yadda qalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan təmsilçisi Saro Gevorkyana ən yüksək bal - 12 xal verib.

Nəticələr açıqlanarkən Samirə Əfəndinin Saro Gevorkyanı səhnədə qucaqlaması final gecəsinin ən çox müzakirə edilən hadisələrindən biri olub və sosial şəbəkələrdə geniş rezonans doğurub.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan ifaçı bildirib ki, hələlik bu barədə açıqlama vermək niyyətində deyil:

“Mən hələ ki, bu məsələ ilə bağlı heç nə deyə bilmirəm. Sabah canlı yayımda bu mövzudakı bütün suallara cavab verəcəyəm".

Sənətçi ona göstərilən reaksiyalarla bağlı sualı isə belə cavablandırıb:

“Təxmin edirdim ki, reaksiyalar bu formada olacaq. Hər şeyə sabah aydınlıq gətirəcəyəm".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr