AZ

Sülh planında dəyişiklik olundu - Ukrayna razılaşdı, Rusiya rədd etdi

ABŞ dövlət katibi Marko Rubio Ukraynanı ABŞ-nin Rusiya ilə müharibənin dayandırılması üçün irəli sürdüyü sülh planını qəbul etməyə razı salmağa yönəlmiş Cenevrə danışıqlarından sonra bildirib ki, tərəflər böyük irəliləyişə nail olublar. Amma Rusiyanın bu planı qəbul etməyəcəyinə dair əsaslı şübhələr var.

Turkustan.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ-nin planında Ukrayna ilə razılaşdırılmağa çalışılan ciddi güzəştlərin miqyası nəzərə alındıqda, bunların öhdəsindən asanlıqla gəlinəcəyi inandırıcı görünmür. Ukraynanın Rusiyanın Donbasın işğal etmədiyi ərazilərini Kremlə təhvil verməsi ilə bağlı tələb Kiyev üçün qırmızı xətdir. ABŞ planı bu bölgənin rusların razılaşmayacağı demilitarizasiya zonası olmasını nəzərdə tutur. Ukrayna ordusuna əsgərlərinin döyüşüb həlak olduğu torpaqları təhvil verməyi əmr etmək də asan deyil.

Eyni sözlər Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması barədə təklifə də aiddir. ABŞ planında maksimum 600 minlik ordu nəzərdə tutularkən, Avropa bunun ölkəni gələcək hücumlara qarşı zəiflədəcəyindən narahatdır. Amma Ağ Ev son olaraq bəyan edib ki, bir sıra dəyişiklik və dəqiqləşdirmələrdən sonra Ukrayna son layihənin milli təhlükəsizlik maraqlarına uyğun gəldiyini bildirib.

CNN-ə görə, Ukrayna ABŞ-nin hazırkı planını qəbul etsə belə, Rusiya haqda bunu demək mümkün deyil. Çünki Moskva ardıcıl olaraq öz maksimalist tələblərindən geri çəkilməkdən imtina edir.

İndiyədək Kreml bu məsələ ilə bağlı ABŞ tərəfindən çox zəif təzyiqlə üzləşib.

Rubio Cenevrə danışıqlarında dəfələrlə ABŞ-nin təkcə Ukrayna yox, Rusiyadan da hansısa ciddi güzəştlər gözləyib-gözləmədiyinə dair suallardan yayınıb. Ağ Ev “dayanıqlı, hərtərəfli sülh” adlandırdığı məqsədə həqiqətən ciddi yanaşırsa, ən yaxşı həll yolu Kremlin də güzəştə getməsinə nail olmaqdır./teleqraf

Seçilən
17
2
turkustan.az

3Mənbələr