AZ

Pakistanda polis qərargahına hücum olub, 3 nəfər həlak olub

Pakistanın Peşəvər şəhərində federal polisin mənzil-qərargahına hücum nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.

Xezerxeber.az xəbər verir ki, “Samaa” telekanalının məlumatına görə, hadisə nəticəsində, həmçinin üç polis və bir mülki şəxs yaralanıb.

Hadisə yerli vaxtla səhər saat 8:11-də baş verib. Hücum edənlərdən biri binanın qapısı qarşısında özünü partladıb, digəri isə hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.

Bəzi mənbələr hücumda üç silahlının iştirak etdiyini və onların hamısının öldürüldüyünü bildiriblər.

Seçilən
3
2
xezerxeber.az

3Mənbələr