AZ

“Arsenal”ın qapıçısı Rişarlisonun qolundan sonra hədəfə alınıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

İngiltərənin “Arsenal” klubunun qapıçısı David Raya Şimali London derbisində “Tottenhem”ə qarşı 4:1 hesablı qələbəyə baxmayaraq azarkeşlərin kəskin tənqidinə məruz qalıb.

İdman.Biz xəbər verir ki, braziliyalı Rişarlisonun meydanın yarısından - təxminən 50 metr məsafədən vurduğu möhtəşəm zərbə Zubimendinin top itkisindən sonra Rayanın başı üzərindən keçərək qola çevrilib və sosial şəbəkələrdə böyük narazılıq yaradıb.

Azarkeşlərin reaksiyalarından bəziləri belədir:

- “Raya Riçarlişonu 50 metr uzaqda görüb düşündü ki, gəzmək üçün ideal vaxtdır. Adam qapı xətti ilə gizlənqaç oynayır”.

- “Bu adam qapıçı deyil, bələdçidir”.

- “Rayanın zəifliyi yenə üzə çıxdı. Ya standart vəziyyətlərdə divar düzülüşü pis olur, ya da cərimə meydançasını çimərlik kimi qəbul edir”.

- “Zubi topu itirdi, yaxşı. Bəs Rayanın Rişarlison zərbə vuranda yarı yolda olması nədir? Bu səhv deyil, həyat tərzidir”.

Qeyd edək ki, David Raya son aylarda “Arsenal” azarkeşləri arasında ən çox tənqid olunan futbolçulardan biri olaraq qalır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

2Mənbələr