İspaniyanın “Elçe” klubunda çıxış edən qapıçı İnyaki Penyanın uğurlu oyunu keçmiş komanda yoldaşının diqqətindən yayınmayıb.
İdman.Biz xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Qavi La Liqanın son turunda “Real Madrid”ə qarşı keçirilən matçda möhtəşəm oyunu ilə komandasına xal qazandıran Penya barədə sosial şəbəkədə paylaşım edib.
O, “Instagram” hekayəsində “Möhtəşəm İnyaki! Çox sevinirəm sənin üçün, qardaşım!” sözlərini yazaraq həmkarını təbrik edib.
“Elçe”nin qapıçısı görüş zamanı möhtəşəm reaksiyaları ilə fərqlənib, bir neçə təhlükəli epizodu zərərsizləşdirərək komandasının hesabda geri düşməsinə imkan verməyib. Penya matçın ən yaxşı oyunçusu seçilib. O, Vinisiusla toqquşma zamanı burnundan xəsarət alıb.
Qeyd edək ki, İnyaki Penya və Qavi bir müddət “Barselona”da komanda yoldaşı olublar