AZ

Çinli gənc “dünyanın ən tənbəl adamı” seçildi - VİDEO

Musavat.com xəbər verir ki, Çində keçirilən illik “tənbəllik yarışı” bu dəfə misilsiz nəticə ilə yadda qalıb.

Ümumilikdə 240 iştirakçının qatıldığı yarışda artıq 24-cü saatda onların 186-sı mübarizəni yarımçıq tərk edib. Şərtlər isə sadə, amma son dərəcə sərt idi:

İstənilən qədər telefona baxmaq, kitab oxumaq, yemək sifariş etmək, hətta yan çevrilmək olardı. Lakin bir anlıq belə döşəkdən qalxmaq tamamilə qadağan edilmişdi — tualetə getmək də daxil. 

Qalib bütün rəqiblərini geridə qoyaraq tam 33 saat 35 dəqiqə boyunca matrasın üzərindən qalxmayıb. Qaydanı pozmamaq üçün o, yarışdan əvvəl bütün ehtiyacları üçün xüsusi vasitə hazırladığını deyib. Mükafat olaraq gəncə 3 min yuan təqdim olunub.

 

Musavat.com

Seçilən
84
9
musavat.com

10Mənbələr