AZ

Ukrayna Prezidenti: Ədalətli və davamlı sülhə can atırıq

Rəsmi Kiyev Rusiyanın Ukraynaya qarşı müharibəsinin ədalətli başa çatması və bir daha təkrarlanmaması üçün sülhə doğru hər bir maddə və addım üzərində diqqətlə işləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.

V.Zelenski qeyd edib ki, müharibəni Rusiya başlayıb və hər iki tərəfdəki insan itkilərinə qətiyyən məhəl qoymadan müharibəni bitirməkdən imtina edən o olub. O vurğulayıb ki, Ukraynanın və onun beynəlxalq tərəfdaşlarının əsas məqsədi müharibəni dayandırmaq və onun növbəti dəfə alovlanmasının qarşısını almaqdır.

Prezident ABŞ-yə, şəxsən Prezident Donald Trampa, eləcə də Avropa ölkələrinə, G7 və G20-yə ukraynalıların həyatını xilas edən silahların təchizatı da daxil olmaqla, yardımlarına görə minnətdarlığını bildirib.

Zelenski münaqişənin ədalətli və uzun müddətli sona çatması üçün beynəlxalq dəstəyi qorumağın vacib olduğunu vurğulayıb.

“Biz sülhə doğru hər bir maddə və hər bir addım üzərində diqqətlə işləyirik. Hər şey düzgün getməlidir ki, bu müharibə həqiqətən bitsin və bir daha təkrarlanmasın. Kömək edən hər kəsə təşəkkür edirəm!”, – Ukrayna lideri yazıb.

Seçilən
15
3
nocomment.az

10Mənbələr