Gürcüstanda yol çəkilişində uçqun baş verdi - Ölənlər var
Ajans.az xəbər verir ki, fəhlələr istinad divarı tikərkən üzərlərinə torpaq kütləsi çöküb və beş nəfər uçqun altında qalıb. Fövqəladə Hallar Xidməti onlardan dördünün cəsədini tapıb, bir nəfər isə xəstəxanaya aparılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.