AZ

Qəzalı binada bədbəxt hadisə baş verib - SuraxanıdaVİDEO

Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən qəzalı vəziyyətdə olan binada bədbəxt hadisə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bina sakini ikinci mərtəbədədəki balkonda olarkən uçma baş verib.

Nəticədə yaşlı qadın ağır xəsarət alıb. Hadisə zamanı digər evə də ziyan dəyib.

Sakinlərin sözlərinə görə, binanın nəinki eyvanı, hətta içərisi də yararsız haldadır. Aidiyyəti qurumlara müraciət olunsa da, nəticə yoxdur.

Məsələ ilə bağlı Suraxanı rayonu mənzil kommunal təsərrüfatı birliyinin rəisi Mais Məmmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, rayon rəhbərliyi dərhal əraziyə baxış keçirib. Fövqəladə Hallar Nazirliyi eyvanın çökmə səbəblərini araşdırır və ilkin ehtimala görə, hadisəyə səbəbə konstruksiyanın yüklənməsi olub.  

Qəzalı vəziyyətdə olan bina ilə bağlı müvafiq qurumlara müraciət olunub və rəy təsdiqləndikdən sonra sakinlərin köçürülməsi təmin ediləcək. Araşdırma yekunlaşdıqdan sonra eyvanın bərpası istiqamətində işlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
55
xezerxeber.az

1Mənbələr