AZ

"Napoli"nin rəqibi baş məşqçisiz meydana çıxacaq

style='margin-bottom:10px;'>

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Kremoneze” ilə oyunda cəzalandırılıb.

QOL.az xəbər verir ki, mütəxəssis matçın 62-ci dəqiqəsində hakimlərə sərt etirazına görə bir dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, diskvalifikasiya səbəbindən Qasperini növbəti turda “Napoli”yə qarşı keçiriləcək görüşdə komandasının yanında ola bilməyəcək. Hadisə baş verən zaman qarşılaşmada hesab 3:0 "Roma"nın xeyrinə olub.

Xatırladaq ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"ı qəbul edəcək. Noyabrın 25-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Seçilən
23
2
teleqraf.com

3Mənbələr