AZ

“Mançester Yunayted” onun üçün 44 milyon ödəməyə hazırdır

style='margin-bottom:10px;'>

İngiltərənin “Mançester Yunayted” klubu “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomesi heyətinə qatmaq üzrədir.

QOL.az xəbər verir ki, “Trivela” nəşrinin məlumatına görə,“qırmızı şeytanlar” 24 yaşlı braziliyalı futbolçunun keçidi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə ediblər. Digər hədəflərin əlçatmaz olması səbəbindən klubun bu transfer üçün 44 milyon funt sterlinq ödəməyə hazır olduğu bildirilir.

Bu keçid baş tutarsa, Kobbi Maynunun komandanı tərk edəcəyi (icarə və ya birdəfəlik) gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin yanvarından “Vulverhempton”un şərəfini qoruyan Qomes daha əvvəl “Flamenqo”da çıxış edib.

Seçilən
23
teleqraf.com

1Mənbələr