AZ

Cenevrədə ABŞ-ın Ukraynadakı müharibə ilə bağlı irəli sürdüyü sülh planı üzrə danışıqlar başlayıb

Bakı, 23 noyabr, AZƏRTAC

Cenevrə şəhərində ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün irəli sürdüyü sülh planını müzakirə etmək üçün danışıqlar başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak sosial media hesabında paylaşım edib.

O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin təyin etdiyi nümayəndə heyəti Cenevrədə işə başlayıb. Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik müşavirləri ilə ilk görüşlərini keçirdiklərini qeyd edən A.Yermak növbəti görüşün ABŞ nümayəndə heyəti ilə olacağını bildirib: “Çox konstruktiv keçdi. Bu gün müxtəlif formatlarda bir sıra görüşlər planlaşdırılır. Davamlı və ədalətli sülhə nail olmaq üçün birlikdə çalışmaqda davam edirik".

Seçilən
16
4
azertag.az

5Mənbələr