Bakı. Trend:
Bakı şəhəri Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşənçoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı "Loft Dent"klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxsqismində cinayət məsuliyyətinə cəlb olunub.
Trend xəbər verir ki, klinikahəmin binanın zirzəmi hissəsində fəaliyyət göstərir.
Bəhruz Paşayev binanın zirzəmi və birinci mərtəbəsində yerləşənqeyri-yaşayış sahəsini müqavilə üzrə icarəyə götürüb.
Faktı Baş Prokurorluq Trend-ə təsdiq edib.