AZ

Avropa liderləri Vaşinqtona səfər edə bilərlər

Avropa liderləri gələn həftə ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli planını müzakirə etmək məqsədilə Vaşinqtona səfər edə bilərlər.

Day.Az xəbər verir ki, bu barədə "Sky News" mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Ciorcia Meloni də daxil olmaqla bir sıra Avropa liderləri Trampı sülh planında dəyişiklik etməyə razı salmaq üçün Vaşinqtona səfər etməyi nəzərdən keçirirlər.

Kanal əlavə edib ki, Böyük Britaniyanın baş naziri Kir Starmerin 26 noyabrda Britaniya hökumətinin büdcə müraciətindən əvvəl ABŞ-a səfər etməsi ehtimalı azdır.

Seçilən
10
2
day.az

3Mənbələr