AZ

Lando Norris Formula 1-də unikal rekorda imza atdı

“Maklaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1-də tarixi nailiyyət əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, Las Veqas Qran-prisindən sonra 26 yaşlı sürücü “Kral yarışları” tarixində öz ilk komandasında 150 Qran-pri keçirən yeganə sürücü olub.

Lando F1-də “Maklaren” sükanı arxasında debütünü 2019-cu ildə Avstraliya Qran-prisində edib. Hazırda o, komandanın heyətində yeddinci mövsümünü keçirir. 2024-cü ildə isə çempionatın vitse-çempionu olub.

Mövsümün 22 mərhələsindən sonra Norris şəxsi hesabda 408 xalla liderdir. Komanda yoldaşı Oskar Piastri isə 378 xalla ikinci pillədə qərarlaşıb.

Seçilən
58
90deqiqe.az

1Mənbələr