10:53 23.11.2025
10:53 23.11.2025
Goranboyda yaşayış binasının döşəməsi çöküb.
Mynews.az xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.
Belə ki, həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin döşəməsi çöküb.
Dərhal əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə zamanı iki nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.