AZ

Qubada yola tökülən beton sürücülərə problem yaratdı

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Quba rayonunda yola tökülən beton sürücülərə çətin anlar yaşadıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 164-cü kilometrində, Qubanın Mirzəməmməd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, betonqarışdıran maşın hərəkət edən zaman sulu beton yola tökülüb. Nəticədə, beton yolun üst qatını tamamilə örtüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Hazırda olayın qəsdən və ya ehtiyatsızlıqdan törədildiyi araşdırılır. Əraziyə "Azəravtoyol"un xüsusi texnikası cəlb olunub, yol təmizlənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
avtosfer.az

3Mənbələr