Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.
Modern.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsi anidən çöküb.
Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov hadisə nəticəsində 2 nəfərin yüngül xəsarət aldığını bildirib.
Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Bina sakinləri təxliyə edilib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.