AZ

Evdən iş adı ilə çıxan 63 yaşlı kişi geri qayıtmadı

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xətai rayonunda 63 yaşlı kişi evdən iş adı ilə çıxıb geri qayıtmayıb.

Metbuat.az xəbər verir ki, rayonun NZS qəsəbə sakini 1962-ci il təvəllüdlü Kutais Xəlilov yaşadığı ünvandan ötən gün səhər işlədiyi Suraxanı rayonuna getmək üçün evdən çıxıb geri qayıtmayıb.

Yaxınları və ailə üzvləri Kutais Xəlilovu görənlərdən hüquq mühafizə əməkdaşlarına və ya 102 qaynar xətt nömrəsinə zəng edərək xəbər vermələrini xahiş edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
7
metbuat.az

10Mənbələr