AZ

Rüstəm Umerov: Ukrayna və ABŞ gələcək sülh sazişinin mümkün parametrləri üzrə məsləhətləşmələr aparır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kiyev, 22 noyabr, AZƏRTAC

Bu günlərdə Ukrayna ilə ABŞ-ın yüksəkvəzifəli rəsmiləri arasında gələcək sülh sazişinin mümkün parametrləri üzrə məsləhətləşmələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov özünün “Facebook” səhifəsində məlumat verib. O, Ukrayna tərəfinin bu prosesə öz maraqlarını aydın şəkildə dərk edərək yanaşdığını vurğulayıb.

“Bu, son günlərdə davam edən və hər şeydən əvvəl, gələcək addımlarla bağlı baxışı razılaşdırmaq məqsədi daşıyan dialoqun növbəti mərhələsidir. Amerika tərəfinin iştirakını və mövzu ilə bağlı söhbətdə iştirak etməyə hazır olduğunu yüksək qiymətləndiririk. Ukrayna milli təhlükəsizliyimizin tələb etdiyi kimi məsuliyyətli, peşəkar və ardıcıl şəkildə hərəkətinə davam edəcək”, - deyə Umerov qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də administrasiyasının Ukraynanın Rusiya tərəfindən başlanan müharibəyə son qoymaqla bağlı Ağ Evin planına razılıq verməsi üçün son tarix kimi növbəti cümə axşamını təyin etdiyini təsdiqlədi.

Həmin gün Prezident Volodimir Zelenski müraciətində Ukraynanın indi əsas tərəfdaşını itirmək riski ilə üzləşə biləcəyini bildirdi. O, əsas tərəfdaşı ilə konstruktiv dialoq qurmağa çalışacağına söz verdi.

Noyabrın 22-də Zelenski ədalətli və davamlı sülhün nail olunmasına dair ABŞ və Ukraynanın digər beynəlxalq tərəfdaşları, eləcə də Rusiya nümayəndələri ilə danışıq prosesində iştirak etmək üçün Ukrayna nümayəndə heyətinin yaradılması haqqında fərman imzaladı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
2
azertag.az

2Mənbələr